BANK

08 İyul

İqtisadiyyatala bağlı mənfi gözləntilər-DOLLARA TƏZYİQ

Amerika iqtisadiyyatına dair mənfi gözləntilər çərşənbə axşamı FED tərəfindən verilən açıqlamalarla daha da artmışdır.

Fins.az xəbər verir ki, bu da öz növbəsində dolların qiymətlərin qarşı təzyiqləri artırmaqdadır. FED-in Atlanda ofisinin sədri Rafael Bostik böhranın daha uzun davam edə biləcəyini açıqlamışdır. Gələcək 3-4 həftə isə iqtisadiyyatın hansı sürətdə canlanacağı ilə bağlı təssüratın formalaşması üçün önəmli olacaqdır. Bu fikirlərə San-Fransisko Fed sədri Meri Deli də qoşulub. FED-in sədr müavini Riçard Klarida isə bankın əlavə maliyyə dəstək tədbirlərinin ola biləcəyini bildirməklə, Klivlend FED sədri Loretta Mester dövlətin əlavə dəstəyinin labüdlüyünü dilə gətirib. 

Bununla yanaşı, bu gün Amerikanın neft və benzin ehtiyatlarına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır, çünki bunlar iqtisadiyyatdakı aktiviyə dair siqnal verir.