BANK

08 İyul

Avropa Mərkəzi Bankının sədrindən pul siyasəti AÇIQLAMSI

ECB prezidenti Lagarde, növbəti iclasda bankın siyasətini dəyişdirməyəcəyinə işarə edib.

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Lagarde, bazarları sakitləşdirən təcili təşviqdən sonra bankın növbəti iclasda pul siyasətini dəyişdirməyəcəyinə işarə edib.

ECB prezidenti, çərşənbə günü Financial Times-a verdiyi müsahibədə, pandemiyadan sonra görülən tədbirlərin təsirli olduğunu deyib. Direktorlar Şurasının pandemiya alış proqramını təxminən 1,35 trilyon avroya (1.52 trilyon dollar) qədər artırdıqdan sonra təxminən bir həftə sonra ilk iclasını keçirəcək.

"Biz çox işlər görmüşük ki, iqtisadi məlumatları diqqətlə qiymətləndirməyə vaxtımız var" deyib Lagarde 

Lagarde-nin şərhləri göstərir ki, iqtisadiyyat sıçrayış etməyə başladıqdan sonra bank effektiv şəkildə gözləməyə və müşahidə etməyə başlayıb. İdarə Heyətinin üzvü İzabel Schnabel çərşənbə axşamı günü tənəzzülün gözlənildiyindən bir qədər daha mülayim ola biləcəyini deyib

Müəllif:Aynur Qəniyeva