Goldman Sachs Türkiyə üçün illik inflyasiya proqnozunu 11,3 faizdən 11,7 faizə qaldırıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,öz hesabatında Goldman Sachs, yüksək inflyasiya proqnozunu və ümumi ehtiyatların azalmasını nəzərə alaraq, Türkiyə Mərkəzi Bankının pul siyasətinin 2020-ci ilin ikinci yarısında sərtləşəcəyini və lirədə dəyişkənliyin yenidən artacağını proqnozlaşdırmışdı.
Qurum Türkiyə üçün illik inflyasiya proqnozunun 11,3%-dən 11.7%-ə yüksəldiyini açıqlayıb
Hesabatda, Türkiyədə May ayında inflyasiyanın 11,4%-ə İyun ayında 12,6%-ə qədər yüksəldiyini və 12 faiz gözləmədə meydana gəldiyini ifadə edən xəbərdə, illik inflyasiya ilə baza inflyasiyanın 11,3% olaraq reallaşdığı ifadə edilərək 0,6% yüksəldiyi qeyd edilib. İnflyasiyanın bu artımının ümumi səviyyəyə yayıldığı vurğulanıb.
Qurumun yaydığı hesabata görə, inflyasiyasının illik artımının 6,7 faizdən 11 faizə qədər artması inflyasiyanın əsas hərəkətverici qüvvəsi olduğu və ümumi inflyasiya nisbətinin 0.65 faiz nisbətində artmasına baxmayaraq, bunun yalnız yanacaq sərfinin çox olması ilə əlaqədardır. Qeyd edilib ki, nəqliyyat vasitələrinin və nəqliyyat xidmətlərinin alt kateqoriyalarında inflyasiya səviyyəsi də kəskin şəkildə artıb.
Müəllif: Aynur Qəniyeva