BANK

08 İyul

Əmanətlərin Sığortalanması Fondu hesabatı prezidentə verməyəcək-RƏSMİ

Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edilib. 

Fond bundan sonra illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqanına və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək.