BANK

07 İyul

Avro sürətlə BAHALAŞIR

Avrozonanın pərakəndə satış dövriyyəsinə dair fundamental göstəricilərin proqnozlaşdırılandan daha yaxşı açıqlanması avronun bahalaşmasına səbəb olub.
Fins.az xəbər verir ki, İngiltərənin tikinti sektorunda biznes aktivliyini ölçən göstəricinin də sürpriz etməsi, funtun bahalaşmasına səbəb olub. 

Təhlillərə əsasən, EUR/USD 1.1317$, GBP/USD məzənnəsi isə 1.2541$-ın üzərində möhkəmlənərsə, növbəti bahalaşma dalğasının şahidi ola bilərik. Bununla yanaşı, qeyd etmək lazımdır ki, cari həftə ərzində önəmli fundamental məlumatlar baxımından zəif həftədir.