Çinin valyuta ehtiyatı iyun ayının sonunda 3,11 trilyon dollara yüksəlib.İyunun sonuna qədər Çinin valyuta ehtiyatı 3,11 trilyon dollar olub.
Fins.az "bloomberg"-ə istinadən xəbər veri r ki,Çin Bankının (PBOC) məlumatlarına görə, Çinin valyuta ehtiyatı iyunun sonunda 31123 trilyon dollara çatdı.
Dünyanın ikinci ən böyük iqtisadiyyatının qızıl ehtiyatı 108,29 milyard dollardan 110,76 milyard dollara qalxıb.. Qızıl ehtiyatlarının miqdarı may ayının sonundakı 62,64 milyon troya unsiyasına nisbətdə dəyişməyib.
Çinin Beynəlxalq Valyuta Fondu (BVF) ehtiyat mövqeyi iyun ayının sonunda 9,07 milyard dollardan 9,61 milyard dollara yüksəlib.
SDR-dəki xarici valyuta ehtiyatı iyun ayında 2,261 trilyondan 2,262 trilyon SDR-ə yüksəldi. SDR ehtiyatı may ayının sonundakı 10,9 milyard dollardan 11.0 milyard dollara yüksəlib..
Müəllif:Aynur Qəniyeva