BANK

07 İyul

Fed-in dollarla bağlı növbəti qərarı uzunmüddətli inflyasiya proqnozundan asılıdır

Fed-in faiz dərəcəsi ilə bağlı növbəti addımı ABŞ siyasətçilərinin inflyasiya ilə bağlı uzunmüddətli baxışlarından asılıdır
Fins.az"bloomberg"-ə istinadən xəbər verir ki, Fed prezidenti Jerome Powell, faiz artımını nəzərdən keçirməsə də, investorlar hələ də Powellin ayağını qaz pedalından çıxartmaq üçün nə tələb edəcəyini düşünürlər.

ABŞ mərkəzi bankirləri keçən həftə bu sual ilə bağlı bəzi ipucu veriblər.

Federal Açıq Bazar Komitəsinin (FOMC) 9-10 İyul tarixində yayımlanan iclasının protokolları, bir çox məmurun faiz və aktiv alış hərəkətlərini inflyasiya ilə əlaqələndirmək istədiklərini göstərib. Hətta inflyasiyanın Fed-in 2 faiz hədəfini keçməyini gözləyəcəklərini qeyd ediblər.

Bu, Fed-in bəzi izləyicilərini təəccübləndirdi. Ancaq Covid-19 pandemiyasından dərhal əvvəl, səlahiyyətlilər, Fed-in qiymət sabitliyini həll etmək məqsədində böyük bir dəyişikliyi əhatə edən geniş bir siyasət çərçivəsinə yenidən baxmağa başlamışdılar.

İyun ayında FOMC iclasındakı faiz dərəcələrinin 2022-ci ilə qədər sıfıra yaxın qalacağı ilə bağlı mübahisə uzun müddətdir inşa edilən bir keçidi əks etdirir.

Fed-in seçdiyi inflyasiya göstəricisi beş ildən 2019-a qədər 1,3% nisbətində idi, baxmayaraq ki, əlli ildə işsizlik azalalıb. Fed-in çərçivə qiymətləndirməsi bankın inflyasiyanı 2 faiz hədəfinə qaytarması üçün yeni yollar tapmaq cəhdidir.

Müəllif:Aynur Qəniyeva