Avstraliya Mərkəzi Bankının iclasında, faiz dərəcələri dəyişməz olaraq, 0,25 faiz səviyyəsində saxlanılıb.
Hazırkı siyasət toplantısında Avstraliya Mərkəzi Bankı faiz dərəcəsini rekord dərəcədə 0,25 faiz səviyyəsində qalmağına qərar verib.
Avstraliya Mərkəzi Bankının bu qərarı bazarda çox gözlənilən idi.
Qərardan sonra verilən açıqlamada, bank, koronavirusla bağlı tədbirlərinin rahatlamasından sonra tədricən bərpa əlamətlərinə baxmayaraq, iqtisadi yaxşılaşmanın xarakteri və tempinin olduqca qeyri-müəyyən olduğunu qeyd edib.
Prezident Philip Lowe, tam məşğulluq vəziyyətində tam bərpa olana qədər, faiz nisbətinin artırılmayacağını vəd edib idarə heyəti, inflyasiyanın davamlı olaraq 2.0 faiz və 3.0 faiz arasında qalacağına inandığını vurğulayıb
Müəllif:Aynur Qəniyeva