Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, aztəminatlı ailələrə dəstək göstərməyə və öz bizneslərini açmaq üçün kömək etməyə davam edir.
Tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış "Əməkdaşlıq Memorandumu"-na əsasən əhalinin özünüməşğulluğuna dəstək proqramı çərçivəsində həyata keçirilir. Proqram mikro sahibkarlıqla məşğul olmaq istəyən aztəminatlı vətəndaşlar üçün əlavə imkanlar yaratmaq məqsədi daşıyır və Azərbaycanda COVİD-19 pandemiyasının mənfi sosial-iqtisadi nəticələrini azaltmaq üçün hökumətin siyasətini dəstəkləməyə kömək edir.
PAŞA Bank əhalinin özünüməşğulluğunun təmin olunmasını və mikro sahibkarlığın inkişafını dəstəkləyən layihəni davam etdirməkdədir
Beləliklə, Bakıda və ölkənin bölgələrində yaşayan aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına dəstək olan PAŞA Bank ehtiyacı olan insanlara müxtəlif fəaliyyət sahələrində öz bizneslərini qurmaq üçün lazımi avadanlıqları təmənnasız şəkildə təqdim etdi.
Bu dəfə 13 ailəyə peşəkar foto xidmətləri göstərmək və oyun salonlarının açılması üçün avadanlıqlar təqdim olunub.
PAŞA Bank əhalinin özünüməşğulluğunun təmin olunmasını və mikro sahibkarlığın inkişafını dəstəkləyən layihəni davam etdirməkdədir
Qeyd edək ki, bu günə qədər PAŞA Bank Bakı, Gəncə, Şabran, Şəki, Mingəçevir, Qusar, Goranboy və digər ərazilərdə yaşayan 25 ailəyə öz işlərinin qurulmasında dəstək göstərmişdir.. Ümumilikdə paytaxt və bölgələrdə 40-dan çox ailə özünüməşğulluq proqramı çərçivəsində Bankın dəstəyi ilə əhatə olunacaqdır.
PAŞA Bank aztəminatlı ailələrə öz bizneslərini yaratmaqda dəstək verməyə və Azərbaycanda mikro sahibkarlığın inkişafına təkan verməyə davam etməyi planlaşdırır.