Goldman Sachs, ABŞ-ın 2020-ci il üçün kiçilmə proqnozunu 4.6 faizə endirdi. Bankdan verilən məlumata görə, ABŞ bu ilin üçüncü rübündə 25 faiz artacaq
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, Goldman Sachs Group Inc. iqtisadçıları bu rübdə ABŞ iqtisadiyyatı üçün daralma proqnozunu endiriblər. Bununla yanaşı agentlik bəzi dövlətlərin sentyabr ayında koronavirusla mübarizəyə yeni məhdudiyyətlər qoyulacağını bildirib.
Jan Hatziusun rəhbərlik etdiyi Goldman iqtisadçıları, istehlak xərclərinin bu və gələn ayda dəyişə biləcəyi ehtimal edilərkən, digər iqtisadiyyatların inkişafının davam etdirilməsinin mümkün olduğunu və maska taxmaq kimi davranış dəyişikliklərinin kömək edə biləcəyini sübut etd deyə qeyd ediblər
"Daha sərt dövlət məhdudiyyətləri və könüllü sosial məsafə artıq iqtisadi fəaliyyətə nəzərəçarpan təsir göstərir", - deyə Goldman iqtisadçıları şənbə günü bildiriblər.
İqtisadçılar ABŞ iqtisadiyyatının üçüncü rübdə 25 faiz artacağını gözləyirlər. Əvvəlki qiymətləndirmə bu 33 faiz idi. Bu, bu il üçün 4,6 faiz azalma deməkdir. Bankın əvvəlki azalma qiymətləndirməsi 4.2 faiz idi.
Goldman, 2021-ci ildə 5.8 faiz artım gözləyir. Bankdan verilən məlumata görə, bu ilin sonunda işsizlik ən azı 9 faiz olacaq. Əvvəlki qiymətləndirmə 9,5 faiz idi.
Müəllif:Aynur Qəniyeva