ABŞ Nümayəndələr Palatası, Milli Təhlükəsizlik Qanunu Hong Kong Xüsusi İnzibati Bölgəsinə gətirən Çinli məmurlarla iş görən bütün banklara qarşı sanksiyalar tətbiq edən qanun layihəsini təsdiqləyib
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki,Demokrat millət vəkili Bred Sherman tərəfindən təqdim olunan layihədə həm Demokrat, həm də Respublikaçı partiya üzvlərinin tam dəstək verdiyi diqqəti cəlb edib .
Çin hökumətinin Hong Kong Xüsusi İnzibati Bölgəsinə nəzarəti ələ keçirmək cəhdinə sərt reaksiya verən qanun layihəsində bu siyasətlərdə rolu olan Çin siyasətçiləri ilə iş aparan bütün banklara sanksiya tələb olunur.
Twitter-də qanun layihəsi ilə bağlı açıqlama verən Sherman "Heç kim etiraz etmədiyi üçün ömürlük həbs cəzasına məhkum edilməməlidir. Hal-hazırda Hong Kong sakinləri təhlükəsizlik baxımından digər ölkələrə qaçmağa çalışır və biz onların haqlı səylərini dəstəkləməliyik "
Artıq Senata gedəcək qanun layihəsinin imzalanması üçün prezident Donald Trump-a göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo, Çin Kommunist Partiyasının, Hong Kongun xüsusi inzibati statusunu, Hong Kongun muxtar quruluşuna xələl gətirən və insan hüquqlarının pozulmasına səbəb olan bəzi Çin Kommunist Partiyasını pozaraq, keçən həftə Hong Kong administrasiyasına "nəzarət" etmək qərarına gəldiyini vurğulayaraq vəzifəli şəxslərə və ailələrinə viza qadağası tətbiq etdiklərini açıqlayıb.
Müəllif:Aynur Qəniyeva