BANK

02 İyul

Avro dollara  nisbətən rekord həddə bahalaşdı

Avrozona iqtisadiyyatından sonra Amerika iqtisadiyyatı üzrə fundamental göstəricilərin də müsbət açıqlanması, qlobal iqtisadi gözləntiləri artırdığı kimi EUR/USD məzənnəsinin də bahalaşmasına səbəb olub. Belə bir şəraitdə avronun dollara nisbətdə dəyər qazanmasının səbəbi isə Avrozona üzrə fundamental göstəricilərdə inkişaf dinamikasının Amerika iqtisadiyyatını üstələməsidir. Eyni tendensiya GBP/USD məzənnəsində də müşahidə edilməkdədir. İngiltərə iqtisadiyyatı Avrozonadan da yaxşı vaziyyətdədir. 

Bu səbəbdən də əlvan metallar bazarlarında qızılın qiyməti son yeddi ilin maksimumunu yenilədikdən sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 

Bu gün isə son günlər böyük maraqla gözlənilən ABŞ-ın əmək bazarında dair önəmli statistik məlumatlar açıqlanacaqdır.