Bu ilin iyulun 1-nə Azərbaycanda manatla pul bazası 11 251,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 330,6 mln. manat və ya 3% artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 900,7 mln. manat və ya 7,4% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 874,9 mln. manat və ya 8,4% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.
(c)APA