Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 436,3 mln. ABŞ dolları təşkil edib.
AMB-dən verilən məlumata görə, bu, ötən ayla müqayisədə 21,9 mln. dollar və ya 0,3%, illik müqayisədə isə 496,9 mln. dollar və ya 8,4% çoxdur.
(c)APA