BANK

02 İyul

Azərbaycanda bank sədri HƏBS EDİLDİ - FOTO

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bankın sahibi saxlanılıb.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.