BANK

14 Fevral

Mərkəzi Bank depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı fevralın 17-də depozit hərracı keçirəcək. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

"Mərkəzi Bank fevralın 17-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,51%-7,24% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb