BANK

14 Fevral

Expressbank “Könüllü” təcrübə proqramına start verir!

2020-ci il Könüllülər ilidir. “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində daim gənclər və xüsusi ilə könüllülər üçün maarifləndirici və motivasiya xarakterli tədbirləri ilə seçilən Expressbank yenə də onlara dəstək olacaq!

Belə ki, ölkəmizdə sağlam və savadlı gəncliyin yetişdirilməsi məqsədi ilə Expressbank “Könüllü” təcrübə proqramına start verir. Layihə gənclər üçün cəmiyyətə faydalı olmaqla bərabər iş potensiallarını üzə çıxarmaq, peşəkar keyfiyyətlərini kəşf etmək və gələcəkdə uğurlu karyera qurmaq kimi unikal imkanlar yaradacaq.

Layihə çərçivəsində il ərzində yüzlərlə könüllü bankın fərqli strukturlarında təcrübə keçəcək, ölkənin ilk kommersiya banklarından biri olan Expressbank-ın təcrübəli və peşəkar komandası ilə çiyin-çiyinə öz maliyyə biliklərini genişləndirəcəklər. Amma bu da son deyil! Təcrübə zamanı xüsusi bacarıqlar nümayiş etdirəcək könüllülər həm də banka daimi rəsmi işə dəvət alacaqlar.

 

“Könüllü” təcrübə proqramının daha bir müsbət cəhəti odur ki, heç bir iş təcrübəsi olmayan gənclər də bank sektorunda müxtəlif vakansiyalar üzrə müraciət edə bilərlər.

 

Proqrama qoşulmaq üçün növbəti tələblərə uyğun namizədlərə üstünlük veriləcək.

- Ali iqtisadi, riyazi təhsil; 
- Azərbaycan dilində səlis danışıq bacarığı (rus dilini bilmək arzuolunandır);
- Diqqət, çeviklik, ünsiyyət qurma bacarığı.

Özünə əmin və məqsədli gənclər proqramdan faydalanmaq üçün CV-lərini [email protected] elektron ünvana “könüllü” qeydi ilə göndərə bilərlər.