Amerikada inflyasiyanın artması xəbərləri, FED-in cari il ərzində faiz azaldılması ehtimallarını daha da azaldıb.
AMB-nin pul-kredit siyasətinə dair ehtimallar avronu ucuzlaşdırdığı bir vaxtda, İngiltərə hökümətinin böyük investisiya planları funtu bahalaşdırıb.
Belə bir şəraitdə Avropa Mərkəzi Bankının isə monetar siyasətini daha da yumşalda biləcəyi ehtimalları, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olur və 1.07$-a kimi də ucuzlaşa bilər.
GBP/USD məzənnəsi isə İngiltərə hökümətinin böyük infrastruktur layihələrinə dair açıqlamalarından sonra bahalaşıb və bahalaşma 1.31$-a kimi davam edə bilər.
Bununla yanaşı, Breksitdən sonra Şotlandiyanın İngiltərədən ayrılmaq istədiyinə dair referendum tələbi də diqqət mərkəzində saxlanılmalıdır.