Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Kredit və Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditlərinin 21 390 ədədi Bakı şəhərinin payına düşüb.
Bakı şəhərində verilmiş ipoteka kreditlərinin inzibati rayonlar üzrə renkinqi hazırlanıb.
Renkinqdə ilk üçlükdə Xətai, Yasamal və Binəqədi rayonları qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 391 mln. manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 27 883 olub.
№ |
İnzibati rayonlar |
İpoteka kreditlərinin sayı |
1 |
Xətai |
5 235 |
2 |
Yasamal |
4 298 |
3 |
Binəqədi |
2 763 |
4 |
Nizami |
1 964 |
5 |
Nəsimi |
1 916 |
6 |
Nərimanov |
1 422 |
7 |
Suraxanı |
1 325 |
8 |
Sabunçu |
835 |
9 |
Səbail |
793 |
10 |
Qaradağ |
551 |
11 |
Xəzər |
269 |
12 |
Pirallahı |
19 |
(C)APA