Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 384 milyon ABŞ dolları, yaxud 0,4% azalaraq 102,760 milyard ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 28,298 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 778 milyon dollar, yaxud 2,8% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 394milyon dollar, yaxud 0,5% azalaraq 74,462 milyard dollar təşkil edib.
© Report