BANK

13 Fevral

VTB (Azərbaycan) VİSA ödəniş kartları üçün aksiyaya start verdi

VTB (Azərbaycan) VISA ödəniş sisteminin kart istifadəçiləri üçün aksiyaya start verdi. Aksiyanın şərtlərinə əsasən VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq 5 və daha çox nağdsız ödəniş həyata keçirən müştərilər hədiyyə qazana bilər.

Nağdsız əməliyyatları ölkə ərazisində bütün ticarət nöqtələrində və onlayn rejimd’ ilə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Hər ayın sonunda daha çox tranzaksiya həyata keçirən 100 müştəri qalib elan olunacaq. Aksiya 12 aprel 2020-ci il tarixinədək davam edəcək.