BANK

13 Fevral

İpoteka və Kredit Zəmanət Fondunun vergiöncəsi mənfəəti 2,3% azalıb

1 yanvar 2020-ci il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vergi ödənilənədək mənfəəti 18 mln. 641,246 min manat (azalma 3,5%) təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə  fonddan məlumat verilib.

2019-cu ilin sonuna İKZF-nin kredit portfeli 998 mln. 78,538 min manat (2019-cu il ərzində artım 11,5% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 23 mln. 830,818 min manat (artım 83,5 dəfə), qiymətli kağızlara sərmayələr 30 mln. 137,799 min manat (azalma 88,4%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.

31 dekabr 2019-cu il tarixinə fondun öhdəlikləri 754 mln. 378,394 min manat (artım 1,4%), o cümlədən emissiya edilən qiymətli kağızlar 728 mln. 919,696 min manat (artım 1,4%) məbləğində qiymətləndirilir.