BANK

13 Fevral

ABŞ Mərkəzi Bank sədrinin çıxışı - DOLLAR BAHALAŞDI

Jerom Povel yarım illik hesabatında koronavirusunun ciddi vəsatları və eyni zamanda ABŞ iqtisadiyyatında davam edən müsbət inkişaf haqqında danışıb.

Beynəlxalq valyuta birjalarında FED sədri parlamentdə çıxış edərkən, koronavirusunun risklərinə dair açıqlamalarının daha da sərtləşməsi, investorların diqqət mərkəzindədir. 

Bununla yanaşı, Jerom Povel ABŞ iqtisadiyyatındaki müsbət tendensiyanı da vurğulayıb. Belə ki, yeni investisiyalar və ixracda zəifləmə müşahidə edilsə də iqtisadiyyat təqribən 2% böyüyüb, işsizlik tam məşğulluq səviyyəsindədir.

Bütün bunlar foreks bazarlarında gələcək aylarda dollara olan tələbin arta biləcəyini proqnozlaşdırmağa əsas verir. 

Bu gün də Bakı vaxtı ilə saat 19:00-da FED sədrinin parlamentin yuxarı palatasında çıxışı gözlənilir