PAŞA Bank Mastercard kart istifadəçiləri ilin sonuna qədər Bravo mağazalar şəbəkəsində ödəniş etməklə Lexus UX və ya iPhone XS qazanma şansını əldə edirlər.  

Bravo mağazalar şəbəkəsində PAŞA Bank Mastercard kartı ilə ödəniş edən hər bir müştəri Lexus UX və ya iPhone XS qazanma şansını avtomatik olaraq əldə edəcəkdir. Bravo-da Mastercard ilə aparılan hər tranzaksiya 1 şans, hər təmassız tranzaksiya isə 10 şans qazandıracaq. Qaliblər hər ay təşkil olunan çəkilişlərdə müəyyən olunacaqdır.