BANK

12 Fevral

Xarici bankların plastik kartları ilə olan problem aradan qaldırılır

"Azərbaycan Mərkəzi Bankı (AMB) xarici banklara məxsus plastik kartlar vasitəsi ilə Azərbaycan ərazisində ödənişlər zamanı yaranan problemin aradan qaldırılması üçün çalışır". 

Bunu Mərkəzi bankın  baş direktoru Fərid Osmanov deyib.

F.Osmanovun sözlərinə görə, xarici banklara məxsus kartlar vasitəsi ilə Azərbaycanda onlayn xidmətlərin və biletlərin alınması ilə bağlı yaranan narahatlıq AMB-nin diqqətindədir:

"Hazırda bu məsələlərlə bağlı kommersiya bankları və digər aidiyyatı qurumlarla danışıqlar aparılır. Tezliklə bu məsələlərin həll olunmasına çalışırıq".

©Report