2018-ci illə müqayisədə 2019-cu ildə bankların faiz və onlara bağlı xərcləri azalıb.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il müştərilərə verilən kreditlərin artması ilə bərabər bankların faiz gəlirləri də artıb.
2018-ci ildə 581.9 milyon manat təşkil etmiş müvafiq xərclər 2019-cu ildə 547.9 milyon manata düşüb (34 milyon manat azalıb). Bankların depozitlər üzrə ödədikləri faizlər 5.4 milyon manat azalaraq 372.4 milyon manata geriləyib.
Müəllif:Aynur Qəniyeva