BANK

11 Fevral

Bankların qeyri fazi gəlirləri ÇOXALIB

Ötən il bankların qeyri-faiz gəlirləri 174.6 milyon manat və ya 32% artaraq 723.7 milyon manata yüksəlib. 2018-ci ildə bankların qeyri-faiz gəlirləri 549.1 milyon manat təşkil edib

Fins.az xəbər veir ki, bankların qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir. Ötən il bankların qeyri-faiz xərcləri 180 milyon manat artaraq 1 milyon 205 milyon manata yüksəlib.  

Faiz gəlirlərinin artması ilə bankların əməliyyat mənfəəti ötən il 154.4 milyon manat artaraq 849 milyon manata yüksəlib. Banklar 2018-ci ildə 694.6 milyon manat əməliyyat mənfəəti əldə etmişdilər.