BANK

04 Fevral

Rəşad Həsənov: "Mərkəzi Bank bankları qısamüddətli eyni zamanda, uzunmüddətli dövrdə pulla təmin etməlidir"

Fins.az iqtisadçı ekspert Rəşad Həsənovun ölkədə biznes kreditlərinin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi eyni zamanda bankların bu növ kreditlərin verilməsində marağının artırılması üçün hansı tədbirlər həyata keçirilməsi ilə bağlı müsahibəsini təqdim edir.

Ölkədə biznes kreditlərinin stimullaşdırlması istiqamətində hansı zəruri addımların atılmasına ehtiyac var?

   Ölkədə biznes kreditlərinin verilməsini stimullaşdırmaq və bu sahədə real nəticələr əldə etmək üçün çoxsaylı tədbirlərin həyata keçirilməsinə müəyyən mexanizmlərin hazırlanmasına ehtiyac var. Beynəlxalq Maliyyə Korparasiyaların bazara daxil olması üçün tam şərait yaradılmalıdır.Bank sektorunda hansısa formada müşahidə edilən təməlküzləşmə meyilləri ilə bağlı ciddi məhtudiyyətlər tətbiq edilməli və hüquqi baza hazırlanmalıdır. Təməlküzləşmə diktə fazilərinin formalaşmasına, karter sövdələşmələrinə  gətirib çıxarır. Bu da banklarda tətbiq edilən fazilərin aşağı düşməsini müəyyən qədər çətinləşdirir. Bundan başqa Mərkəzi Bankın özü birbaşa bankların maliyyələşməsi sahəsində daha geniş tədbirlər həyata keçirməlidir. Baxmayaraq ki, bir  müddət əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov bununla bağlı müəyyən fikirlər səsləndirdi. Mən o fikirlərlə razı deyiləm. Mərkəzi Banklar  bankların maliyyələşməsində daha geniş şəkildə  iştirak etməlidir. Mərkəzi Bank bankları qısamüddətli və eyni zamanda, uzunmüddətli dövrdə pulla təmin etməlidir. Faktiki olaraq bu gün bankların tətbiq etdiyi kredit fazilərinin bazasında, vəsaitlərin cəlb edildiyi  qiymət və  xərc dayanır. Bankların əksəriyyəti vəsaitlərinin  böyük bir qisminini  depozitlərdən yəni əmanətlərdən cəlb edir bu da çox yüksək faizlərin formalaşmasına gətirib çıxarır. 

Bank faizinin formalaşmasının özünün şərtləri var. Cəlb olunan vəsaitin xərci, infilyasiya səviyyəsi, bankın mənfəət norması ümumi xərcləridir. Bahalı vəsaitin   cəlb olunması özü bahalı kreditlərin verilməsi üçün əsas səbəblərdən biridir. Mərkəzləşdirilmiş kreditlərin həcminin artırılması yolu ilə son nəticədə bankların daha ucuz vəsaitlərə çıxış imkanlarını artıra bilər. Dolayısı ilə fazilərin bu yolla azaldılması fonunda növbəti dövrlərdə faizlərin daha da aşağı düşməsinə gətirib çıxara bilər. Bu da biznes üçün daha əlverişli mühitin formalaşsına və kredit əlçatanlığının artsına şərait yardar. 

Digər məsələ təyinatlı kreditlərin tətbiq edilməsi ilə bağlı məsələ olmalıdır. Beynəlxalq maliyyə instutları ilə eyni zamanda hətta yerli müəyyən fondların vəsaitlərinin hansısa formada təyinatı istiqamətlərində kreditləşməyə cəlb edilməsi ilə bağlı mexanizmlərdən geniş istifadə edilməlidir. Məsələn vəsaitlər ayrılanda hansısa banklara bu vəsaitlər müəyyən məqsədlər üçün ayrıla bilər. Məsələn kənd təsərüfatında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün, turizm sektorunda yerləşdirmə fəliyyətinin  daha da təkminləşdirliməsi ilə bağlı  tədbirlər,emal sənayesi, yüngül sənaye və s..Banklara  bu adlar altında təyinatlı vəsaitlər yönəldilə bilər. Banklar bu vəsaitləri artıq digər istiqamətlərdə sərf edə bilməyəcəklər. Necə bu gün dövlət tərəfindən İpoteka Kredit Zəmanət Fondundan banklara müəyyən məbləğlərdə ipoteka krediti məqsədi ilə vəsaitlər yönləndirilir və bu vəsaitlər ipoteka üçün sərf olunur. Eyni zamanda qeyd olunan mexanizmi məhz bu və digər alternativ istiqamətlərdə də təklif etmək olar. 2019-cu ildə Mərkəzi Bankın özünün açıqlamasına görə bank sektorunda kapitallaşmanı 2 milyarda yaxın artırdığı halda vəsaitlərin 1,6 milyarddan çox hissəsi istehlak kreditlərinə yönəldilib. Bu sahədə təyinatlı mexanizmlər işlənib hazırlanarsa artıq banklar bu  vəsaitləri istədiyi istiqamətə yönləndirə bilməz. Təminat mexanizmləri daha da təkminləşdilməlidir. Yaxşı hallardan biri ondan ibarətdir ki, kreditlərə zəmanət və faizlərin subsidiyalaşdırılması müxanizmləri formalaşdı. Bunun nə qədər əhatəli olmasına baxmaq lazımdır. Fondun ümumi fəaliyyəti dövründə cəmi 65 milyona yaxın kreditə bənzər formada təminat və faizin subsidiyası verilib. Bu kifayət qədər kiçik bir göstəricidir. Hazirda 15.3 milyarda yaxın bankların portfeli var. Bu halda 65 milyonluq bir hissəyə təminat kiçik göstəricidir. Regionlarla bağlı xüsusi  proqramlar işlənilib hazırlanmaldır. 

Ötən gün müşavirədə ölkə başçısının da bununla bağlı müəyyən qeydləri oldu. Regionlarda təminat problemi var, yəqin ki, bankların qərarları  haradasa başadüşüləndir. Ona görə ki, regionların böyük hissəsində girov olaraq qəbul edilən daşınmaz əmlak  likvid deyil .Banklar hər hansı bir  problem yarandıqda, verilən vəsait geri qaytarılmadıqda  likvidləşdirə bilmir. Bu son nəticədə bank vəsaitinin uzun müddər dövriyyədən kənarda qalmasına beləliklə faktiki olaraq bankın maliyyə göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Buna görə bankları məcbur etmək olmaz ki, siz mütləq hər hansı ucqar kənddə yerləşən mənzili yaxud müəssisəni, daşınmaz əmlakı girov olaraq qəbul etməlisən. Bizdə daşınar əmlakın girov olaraq qəbul edilməsi mexanizmi hazırlanıb reyestri aparılır. Bu çox çətin prosesdir. Uçotun olmadığı dövrdə bankların müəyyən qədər bu istiqamətdə səy gösrərəcəyini gözləmək doğru olmaz.Faktiki olaraq biznesdə digər problemlərdən biri də uçotun çox aşağı səviyyədə təşkili, qeyri rəsmi biznes fəaliyyətinin geniş yayılmasıdır. Banklar bu gün kreditləri əksər hallarda ehtimallar üzərində sahibkarlara kreditlər verir. Əvvəlki dövrlərdə vəziyyət daha bərbad idi. Müəssisələrlə işləyən banklar onların qara mühasibatlığı əsasında hesabatlara gedirdilər və müəssisənin kredit qaytarma qabiliyyətini müəyyən edirdilər. Son nəticədə bu mühasibatlıq əsasında aparılmış hesablamalar heç bir halda məhkəmlərdə bankların mövqeyini müdafiə edilməsi üçün şərait yaratmırdı. 2015-ci ildə böhrandan sonrakı dövrdə ,böhranın nəticələrini nəzərə alaraq banklar nisbətən bu məsələyə daha ehtiyatla yanaşır. Biznes subyektlərinin özləri də öz fəaliyyətlərini şəffafladırarsa daha aşağı faizlərlə kreditlərin cəlb edilməsi mümkün ola bilər. Bu gün bankların müştəri kontingenti çox kiçilib .Müştərilərin əhəmiyyətli bir qismi son 4 il ərzində problemli müştəriyə çevrilib. Çox az qism sağlam müştəri vardır. O müştərilərin də hesabatlılığının təkminləşdirilməsi banklar tərəfindən faizlərin əhəmiyyətli şəkildə aşağı salınmasına gətirib çıxara bilə. Bu riski azaldan faktordur.

Biznesmenlərin əksəriyyəti kredit verilməsi şərtlərindən biri kimi  banklar tərəfindən son 3 ilin hesabatının tələb olunmasını mane kimi dəyərləndirir. Əsas olaraq əksər sahibkarlar vergi sahəsindəki islahatlardan sonra şəffaf hesabat apardıqlarını son 1 ilin hesabatını verə biləcəklərini göstərirlər.Bu tələb sahibkarlara mane kimi qiymətləndirlə bilər?

 Sahibkarlıq subyektlərinə böyük kreditlərin verilməsi zamanı banklar daha uzunmüddətli dövrdə müəssisənin maliyyə-təsərüfat fəaliyyətinin nəticələri barədə məlumat almaq istəyir. Çünki kreditlər də uzun müddətli dövr üçün verilir. 1 ilin nəticələri bəzi hallarda müəssisənin maliyyə -təsərüfat fəliyyəti ilə bağlı demək olar ki, heç nə demir. Bankların bu məlumatları istəməsində hər hansı qeyri- qanunilik yaxud başqa səbəb axtarmaq lazım deyil. Sahibkarlar məhz bununla bağlı güzəşt istəyirlərsə bu başqa məsələdir. 

Bizdə problemin müəyyən qismi də sahibkarlıq subyektinin özü ilə bağlıdır. Sahibkarlar qeyri-qanuni fəaliyyət göstərməklə bir çox maliyyə və müdafiə,  investisiya, təminat hüquqi mexanizmlərindən istifadə imkanlarını itirirlər. Bizim sahibkatlar demək olar ki, bunu başa düşmür. Bu vəziyyəti yaradan aidiyyəti qurumların idarəetmədə etdikləri səhvlər olub. Sahibkar başa düşməlidir ki, hesabatlılıq hər bir halda onun üçün ən yaxşı müdafiə mexanizmidir və onun qoyduğu investisiyanın qorunması üçün də ən vacib şərtlərdən biridir.İnki halda ola bilsin ki, hər hansı bir formada biznes subyektləri və banklar arasında  müəyyən qarşılıqlı güzəştlərə gedilə bilər.Bu gün banka hansısa formada diktə etmək ki, siz mütləq son bir ilin məlumatını istəməlisiniz bu ümumiyyətlə nəzəri baxımdan mümkün deyil. Kreditlərin verilməsində bir ilin maliyyə nəticələri ,müəsisənin fəaliyyəti ilə bağlı ümumi mənzərəni aydınlaşdırmaq üçün kifayət etmir. Bunu tələb edəriksə bununla bağlı zəmanat mexanizmləri hazırlanmalıdır. Hökümət hansısa formada bu kreditlərə zəmanət verməlidir. Bu kreditlər daxilində müəyyən qədər bankların yükünü azaltmaq,bankların vəsaitlərinin bir qismini növbəti dövrlərdə sığortalamaqla qeyd edilən şərtin yumşalmasına nail olmaq olar.

Sahibkarların maliyyə savadlılığının az olması məsələn tələb olunan biznes planın təqdim edilməsində belə çətinlik çəkdiyi də bankların göstərdiyi əsas səbəblərdən biridir. Bu yöndə hansı addımların atılması  daha məqsədəuyğun olardı?

Bütün bunlar uzunmüddətli zaman ərzində formalaşan qabiliyyət və bacarıqlardır.Bu günə qədər banklara eyni zamanda digər güzəştli kredit mexanizmlərinə müraciətlərdə biznes planın və digər göstəricilərin demək olar əhəmiyyəti yox idi bu dolayı yollarla “həll olunurdu”. Buna görə də Azərbaycanda sahibkarlıq bacarıqları zəif inkişaf edib. Marifləndirmə işləri görülməlidir. KOBİA, KOB Evlərində biznesplanın hazırlanması və bu kimi  xidmətlər də təklif ediləcəkdir. Eyni zamanda bazarda bu tələbatı nəzərə alan peşəkar xidmətlər, konsaltinq şirkətləri biznes-planın hazırlanması ilə bağlı təlimlər birbaşa texniki dəstəyin verilməsini də təklif edə bilər. Buna zaman lazımdır. 

Sahibkarlar məsuliyyətli olsalar banklar da müəyyən təkminləşmələr aparsalarçox qısa zamanda KOB  Dostlarının, KOB evlənin xidmətlərindən istifadəyə meyillilik arta bilər. Bu xidmətlər də demək olar ki, dövlət tərəfindən təmin edilir. Bu da böyük dəstəkdir. Bizim gördüyümüz ondan  ibarətdir ki, bir çox hallarda Azərbaycan bazarında iştirak edən subyektlərin son dəyişikliklərdən yaradılan yeni mexanizmlərdən, dəstək mexanizmlərindən xəbəri yoxdur. Bu istiqamətdə dövlət qurumlarının da əsas işlərindən biri  qəbul etdikləri qərarları, yaratdıqları mexanizmləri daha dolğun şəkildə sahibkara çatdırmağı yollarını tapmaqdır. 

Kommunikasiya dövrüdür.Kommunikasiya imkanlardan da geniş istifadə olunmalıdır. Çox təəssüf ki bizim bəzi dövlət qurumlarının rəsmi veb səhifləri belə bərbad gündədir.Sahibkar hər hansı məlumatı əldə etməkdə çox çətinlik çəkir. Qəbul edilən qanunların dili çox mürəkkəb olur. Bununla bağlı da daha detallı, başadüşülən formada izahlar təqdim edilməlidir. Real sahibkarlarla görüşlər keçirilməklidir.  

Təəssüf ki, bizdə sahibkarlarla görüşlərdə hərəsi bir kağız alır əlinə başlayır öz sahəsinə aid olmayan tərifli sözləri oxumağa. Hansı ki, görüşün məğzi problemləri üzə çıxarıb həllinə nail olmaqdır. Real sahibkarlarla görüşlər  təşkil edilməlidir.Bu dəstəklər təmin olunmalıdır.Bunun üçün dövlət proqramları layihlər həyata keçirlə bilər. Regionlarda kənd-kənd ,rayon-rayon sahibkarlarla qeyd olunan istiqamətlərdə təlimlər keçirilib onların bacarıqları artırıla bilər.

Müəllif: Aynur Qəniyeva