Azərbaycanda bank və sığorta sektorunda çalışanlanrın sayı açıqlanıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il dekabr ayının 1-i olan məlumata görə, Azərbaycanda bank və sığorta sektorunda çalışanların sayı 27,7 min nəfərdir.
Bu sektorda çalışanların böyük əksəriyyəti, 22,6 min nəfəri özəl bank və sığorta şirkətlərində çalışanlar olub. Bu sektorda çalışanların cəmi 5,1 min nəfəri dövlət müəssisələrində işləyənlər olub.
Məlumat üçün bildirək ki, ümumi ölkədə muzdla çalışan işçilərin sayı 1 644,3 min nəfər təşkil edib.
© FED