Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200179S 50 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiyməti 98,6648 AZN (5,79%) və 98,9040 AZN (4,74%) olan 22 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 399 300 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə 98,8470 AZN (5%), orta ölçülmüş qiyməti 98,8621 AZN (4,93%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 6 aprel 2020-ci ildir.