BANK

10 Yanvar

Azərbaycanda problemli kreditlərin restrukturizasiya edilməsinə 269 milyon manat ayrılıb

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə kredit götürmüş vətəndaşlara 645 milyon manat kompensasiya ödənilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Bundan başqa, problemli kreditlərin illik 1%-lə, 5 il müddətinə restrukturizasiya edilməsinə 269 milyon manat ayrılıb”, - o qeyd edib. 

(c)“Report”