Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə, iki qurumun birləşdirilməsi prosesi başa çatıb.
Fins.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektivin qalan 25%-nə kompensasiya ödənilib və onlar ixtisar olunub”, - o qeyd edib