Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kollektivinin 75%-i AMB-də işlə təmin olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
“Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektin qalan 25%-nə kompenasiya ödənilib və onlar ixtisar olunub”, - deyə o, qeyd edib.
Elman Rüstəmov bildirib ki, Palatanın Mərkəzi Banka birləşdirilməsi prosesi başa çatıb.
© "Report"