BANK

10 Yanvar

Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb

Vergilər Nazirliyi “Alliance Capital Leasing” MMC-ni dövlət qeydiyyatına alıb.

Fins.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27/8, nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Anar Əzimovdur.

Bundan başqa, Nazirlik tərəfindən “Al Mulk Leasing” MMC də qeydiyyata alınıb. Bu kommersiya qurumunun isə hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 12/14, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Orxan Məmmədovdur. 

© Report