BANK

10 Yanvar

Beynəlxalq Bank aktivlərini 16% artırıb

2019-cu il dekabrın 31-nə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 9,22 mlrd. manat təşkil edir. Bu barədə bankdan məlumat verilib.

Xəbər verildiyi kimi, 2018-ci ilin sonuna ABB-nin aktivləri 7,93 milyard manat təşkil edib. Beləliklə, 2019-cu ildə bank aktivlərini 16,3% artırıb.

“Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili də uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub. Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib. İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi qorunub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, 2019-ci ildə ABB-nin məcmu kapitalı 1,13 milyard manata çatıb, kredit portfeli 450 milyon manat – 2,37 milyard manatadək artıb.

ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur