Dollar ABŞ-Çin sazişi ilə daha da bahalaşıb.
Fins.az xəbər verir ki,bu barədə xarici mətbuat orqanlarında məlumat yayımlanıb
Məlumatda bildirilir ki, beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% bahalaşaraq, dekabrın orta qiymətində ticarət edilir. Dolların bahalaşması ABŞ ilə Çin arasında ticarət sazişinin ilkin mərhələsinin gələn həftə imzalanacağı xəbərləri ilə daha da güclənib.
Son günlər dolların bahalaşmasına Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasını nəzərə alaraq, bu gün Bakı vaxtı ilə saat 17:30-da əmək bazarı ilə bağlı dərc ediləcək önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.