Ləğv prosesində olan "Bank Standard" QSC-də 17 min manatadək qorunmayan depozitlər üzrə növbədənkənar ödənilməli olan cəmi vəsaitin artıq 60%-i ödənilib.
Fins.az-ın məlumatına görə, bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF – Azerbaijan Deposit Insurance Fund) icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev deyib.
"Ümumiliklə, ləğv olunmuş banklar üzrə 17 min manatadək depozitlər üzrə cəmi 42 min adama vəsait ödəniləcək. "Bank Standard" üzrə 17 min manatadək depozitlər üzrə cəmi 15 650 nəfər 6,7 mln. manat həcmində ödəniş alacaq. Hazırkı vəziyyətə əsasən, artıq 565 nəfər 4 mln. manat vəsait əldə edib".