BANK

09 Yanvar

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını AÇIQLADI

Dünya Bankı (DB) 2020-ci ildə Azərbaycanda ÜDM-nin 2,3% artacağını proqnozlaşdırır.

Bankın saytlnda dərc olunan “Dünya iqtisadiyyatının perspektivlər: Yavaş artım, siyasi çağırışlar” icmalına əssaən, 2021-ci ildə Azərbaycanda ÜDM-nin artımı 2,1% təşkil edəcək.

Ümumilikdə, DB ötən ilin oktyabr ayında etdiyi 2020-2022-ci illər üçün Azərbaycanda iqtisadi artım rempləri üzrə proqnozlarını təsdiq edib.

Eyni zamanda, DB-nin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin artımı 2,2%-ə yaxın təşkil edəcək.

Beləliklə, 2020-2022-ci illərdə Azərbaycanda ÜDM-nin orta illik artımı 2,2%-ə yaxın təşkil edəcək.

DB-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM-nin artımı 2,5% təşkil edəcək.

“Azərbaycan iqtisadiyyatının uzunmüddətli artımı özəl sektorun inkişafının sürətləndirilməsi məqsədilə islahatların davam etdirilməsi və maliyyə sektorunda zəifliliyin aradan qaldırılmasından asılıdır. Bundan əlavə, insan kapitalına sərmayələr, təhsilin keyfiyyətinin artırılması iqtisadi artım templərinə müsbət təsir göstərəcək”, - hesabatda qeyd olunur.

Eyni zamanda, DB bildirir ki, Azərbaycan, regionun digər neft hasil edən ölkələri kimi (Rusiya, Qazaxıstan) qiymətlərin kəskin dəyişməsi və xammal bazarlarında qeyri-sabitliyə qarşı zəif qalır.

DB-nin proqnozlarına əssaən, Cənubi Qafqazın digər ölkələri 2020-2022-ci illərdə iqtisadi artım templəri üzrə Azərbaycanı qabaqlayacaqlar. Xüsusilə, bu dövrdə Gürcüstanda orta illik iqtisadi artım 4,4%, Ermənistanda – 5,2% səviyyəsində olacaq.

2019-cu ilin yekunları üzrə Azərbaycan hökuməti ÜDM-nin artımını 2,3% səviyyəsində gözləyir.

2020-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozu 3%, 2021-ci ildə - 3,7%, 2022-ci ildə - 3,1% təşkik edir.

2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,4% təşkil edib.