Fins.az faiz gəliri gətirən debet kartlar ilə bağlı məlumatları və bankların təklif etdikləri faizləri təqdim edirik.Ölkədə fəaliyyət göstərən 30 bankdan yalnız 7-də bu tip məhsul təklif edilir.
Sıralamaya əsasən, onların içərisində ən yüksək faizi (10%) “Nikoil Bank
İKB ASC ” ASC-nin “Nikoil Kart ” debet kartı təklif edir.
№ | Bank | Debet kart | Faiz | İl |
1 | Rabitəbank ASC | Kartmane | 4% | 5 |
2 | Nikoil Bank İKB ASC | Nikoil Kart | 10% | 2 |
3 | Unibank KB ASC | Albalı Plus Debet | 3% | 3 |
4 | AccessBank QSC | My Card | 5% | 3 |
5 | Amrahbank ASC | Yubiley kartı | 5% | 1 |
6 | Bank of Baku ASC | Bolkart Debet | 5% | 1 |
7 | Expressbank ASC | Ekspresso | 3% | 4 |
Qeydlər
Debet kart | Qeyd |
Kartmane | Azərbaycanın daxilində istənilən ATM-də nağdlaşdırma – Ayda 5 dəfə pulsuzdur. İllik xidmət haqqı 10 AZN-dır. |
Nikoil Kart | Nikoil Bankın və Bank VTB (Azərbaycan) bankomatlarından nağd pul komissiyasız nağdlaşdırılır. Kartın qiyməti 1 AZN-dır |
Albalı Plus Debet | Kartın qiyməti 10 AZN-dır . Nağdlaşdırma zamanı faiz tutulmur. |
My card | Gün ərzində 1500, ay ərzində 7000 manata qədər nağdlaşdırma mümkündür, “Accesbank”ın ATM-lərindən nağdlaşdırma zamanı heç bir faiz tutulmur. Kartda minimum məbləğ 500 AZN olmalıdır ki, faiz ödənsin, kartı əldə etmək üçün 20 AZN ödənilməlidir |
Yubiley kartı | Minimum 100 AZN mədaxil olunmalıdır, nağdlaşdırma zamanı faiz tutulmur. |
Bolkart Debet | Minimal vəsait qoyuluşu nəzərdə tutulmayıb, nağdlaşdırma zamanı bankın öz ATM-lərindən faiz tutulmur. |
Ekspresso | Faizi əldə edə bilmək üçün min 100 AZN mədaxil olunmalıdır, nağdlaşdırma zamanı faiz tutulmur. |