BANK

08 Yanvar

Azərbaycanın xalis maliyyə aktivləri 590.3 mln dollar artıb

2019-cu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 590.3 mln.$ artıb . Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1665.1 mln.$), portfel investisiyaları (299.1 mln.$) və digər investisiyalar (-1373.9 mln.$) hesabına formalaşmışdır.

 Fins,az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı tədiyyə balansında bildirilir.

Qeyd olunur ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 250.4 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304.2 mln.$), neft bonusu (450.8 mln.$), portfel investisiyaları (-199.8 mln.$), törəmə maliyyə alətləri (-3.9 mln.$) və digər investisiyalar (-300.9 mln.$) hesabına formalaşmışdır.

Müəllif: Aynur Qəniyeva