İran Amerikaya hərbi cavab verdi.
İranın ABŞ-ın İraqdaki hərbi bazasına raket hücumu həyata keçirtməsindən sonra güvənli liman maliyyə alətlərinə olan tələb daha da artıb.
İranın hərbi cavabından sonra maliyyə bazarlarında Yaxın Şərq böhranının böyüyəcəyi və Körfəzdə müharibənin başlaya biləcəyi ehtimalları da artıb.
Müharibə ehtimallarının artması, dollar və qızılı bahalaşdırır.
Beləliklə, ucuzlaşaraq EUR/USD 1.11$, GBP/USD isə 1.31$-a ticarət edilir və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. 1592$-ın üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin isə bahalaşmaqda davam edəcəyi ehtimalları daha da artıb.
ABŞ-dan bəyanat gözlənilir.
Bununla yanaşı, bu gün Amerika sessiyasında ABŞ hökümətinin də verəcəyi beyanatlar investorların diqqət mərkəzindədir.