BANK

07 Yanvar

Ölkədə ipoteka kreditlərinin faiz dərəcəsi tarixi minimuma düşüb

Azərbaycanda 1 dekabr 2019-cu il tarixində ipoteka kreditlərinin orta illik faiz dərəcəsi 6,44%-ə düşüb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində qeyd edilib.

Son 1 ay ərzində 0,04% bəndi azalması, 1 il ərzində isə 0,12% bəndi azalması deməkdir. Ümumiyyətlə isə ölkə üzrə bu tarixi minimumdur.


2019-cu ilin noyabr ayı ərzində 354.4 mln. manat ipoteka krediti ödənişi olub, bu da ötən ilin ilk 11 ayı ərzində 3 milyard 866.22 mln. manatlıq ödəniş olması deməkdir.

Digər bir məsələ isə, İpoteka və Kredit Zəmanəti tərəfindən ötən ilin oktyabrında olduğu kimi, noyabrında da bu növ kreditlər verilməyib. Banklar tərəfindən isə 31 mln. manatlıq ipoteka krediti verilmişdir.

© Banker