Avrozona və Böyük Britaniya iqtisadiyyatlarına dair bazar ertəsi açıqlanan müsbət fundamental göstəricilər, avro və funtun bahalaşmasına səbəb olub. Nəticədə EUR/USD 1.1190, GBP/USD məzənnəsi isə 1.3170$-ın üzərində ticarət edilməkdədir.
Lakin ümumilikdə Yaxın Şərqdə geosiyasi risklərin yüksək olaraq qalır və bu, dollara olan tələbin yenidən artacağına işarədir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan inflyasiya və saat 17:30-da Amerikadan ticarət saldosu ilə bağlı önəmli fundamental məlumatlar da açıqlanacaqdır. Saat 19:00-da Amerikanın xidmət sektorunda işgüzarlıq aktivliyini ölçən indeksin dərci də investorlar tərəfindən böyük maraqla gözlənilir.