Müxtəlif sosial şəbəkələrdə "Unibank" müştəriləri tərəfindən onlara məxsus debet kartlardan vəsaitlərin xəbərdarlıqsız silinməsi ilə bağlı şikayət xarakterli paylaşımlar edilib.
Fins.az xəbər verir ki, bu problemlə bağlı "Unibank" açıqlama yayımlayıb.
Yayımlanan açıqlamda deyilir,
" Hörmətli müştərilər!
Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız."
Müəllif: Aynur Qəniyeva