Bakı Slavyan Universitetində (BSU) kollokviumlar ləğv edilib.
Ali təhsil müəssisəsindən verilən məlumata görə, BSU-nun rektoru, professor Nurlana Əliyeva bununla bağlı müvafiq qərar qəbul edib.
Bundan başqa, universitetdə dərslərin I növbədə 08:30-da başlanılması qərara alınıb və ali təhsil ocağının yeməkxanasında qiymətlər aşağı salınıb.
© Report