BANK

29 Dekabr

2020-ci ildəRabitəbank və AzeriCard birgə müştərilərə yeni xidmətlər təklif edəcək!

Rəqəmsal təklifləri ilə gündəmdə olan Rabitəbank, NFC texnologiyasının tətbiqinə hazırlaşır.

2020-ci ildə, Rabitəbank ASC və ölkənin ilk və qabaqcıl prosesinq mərkəzi AzəriCard, Beynəlxalq ödəniş sistemlərinin təqdim etdiyi VTS (Visa Token Service) və Mastercard MDES( Mastercard Digital Enablement Service) layihələrinin tətbiqini həyata keçirməyə planlaşdırır. Bu iki ödəniş sistemi - VTS/MDES xidməti Android platformalı mobil telefonlarda Visa/Mastercard kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən rəqəmsal xidmətdir. Bu istiqamətdə artıq ilkin testlərin həyata keçirilməsi başlamışdır.

Həmçinin, Rabitəbank Mastercard şirkətinin digər qlobal istifadəyə malik, tək toxunuşlu və təhlükəsiz ödəniş həlli olan Masterpass layihəsini AzəriCard prosessinq mərkəzi ilə tətbiq etməyi 2020-ci ildən etibarən nəzərdə tutub.

Rabitəbank və AzeriCardın yeni və rəqəmsal xidmətlərinin siyahısına, kart vasitəsi ilə beynəlxalq pul köçürmələrini reallaşdırmaq üçün Mastercard Moneysend və Visa Direct xidmətlərinin tətbiqi olunması da daxildir.

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.