BANK

29 Dekabr

Unibank rəhbərliyində yeni təyinat olub

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarəheyəti sədrinin 1-ci müavinitəyinedilib.

Qeyd edək ki, İqor Okayev bank karyerasına 2006-cı ildən“Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinqvə Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.