BANK

28 Dekabr

Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardığı əməliyyatların dəyəri azalıb

Bu ilin yanvar-noyabr aylarında  Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 mln. və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3%  artıb. Onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar ötən ilin noyabr ayı ilə müqayisədə 18,5% artaraq  90,3 mln. manat təşkil edib.

“Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd. 164 mln. manat təşkil edib”, - deyə R.Hüseyn qeyd edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 2,6% azalıb.

(c)APA