Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu azalıb
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransında məlumat verilib.
Məlumatda bildirilir ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib.
Eyni zamanda bildirilir ki, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Həmçinin bankların kredit qoyuluşu 11 faiz artıb.
Müəllif: Aynur Qəniyeva