BANK

25 Dekabr

Azərbaycanda ən çox cashback qazandıran – BANK KARTLARI - SİYAHI

Qarşıdan Yeni İl Bayramı gəlir bu isə o deməkdir ki, bir çox vətəndaşlar bankların kredit kartları ilə mağazaların təqdim etdiyi kompaniyalardan yararlanmağa çalışacaqlar.

Fins.az Azərbaycan banklarının cashback verən kredit kartlarını araşdırıb.

Banklar arasında ən çox cashback-i Beynəlxalq Bankın “Tamkart Classic” kartı verir. Belə ki, bu kartla alış-veriş zamanı 2-40% arası cashback qazanmaq olar.

Digər bir cashback qazandıran kart “Expressbank”ın “Smilecard”tıdır. Bu kartla nağdsız alış-veriş edənlər xərclədikləri pulların 30%-dək geri ala bilərlər.

“Unibank”ın “Albalı Plus Classik” kartı da sahibinə aldığı malın 0-30% ni geri qaytarmaq imkanı yaradır. Digər bir 0-30%-lik cashback isə “Rabitəbank”ın “Kartmane kredit” kartı təklif edir.

Bəzi bank kartları isə cashback əvəzinə bonuslar qazandırır. 

“Bank of Baku”nun “Bolkart”ı belə kartlardan biridir. Kartla nağdsız alış-veriş edənlər ballar qazanmış olurlar. 

“Bank Respublika”nın “Paykart”ında və “Yapı Kredi Bank”ın “Worldcard Classic” kartı da sahiblərinə xüsusi bonuslar qazandırır ki, bu da kart sahiblərinə əlavə üstünlüklər qazandırır.

© FED